Türkiyə-İran birgə iqtisadi komissiyanın 27-ci iclası keçirilir

Enerji və təbii  sərvətlər naziri Fateh Dönmez Türkiyə ilə İran arasındakı əməkdaşlığı artırmaq və dərinləşdirmək üçün qətiyyətlə işə davam etdiklərini bildirdi.

1271250

Dönmez İran Prezident Aparatı ofisinin başçısı Mahmud Vaizi və müşayiətindəki heyətlə Türkiyə-İran  birgə iqtisadi komissiyasının 27-ci yığıncağını keçirmək üçün nazirlikdə bir araya gəldi.

Dönmez İran nümayəndə heyətini qəbul etdiyinə görə məmnun olduğunu bildirdi və dedi:

"Ölkələrimiz arasında əməkdaşlığı artırmaq və dərinləşdirmək üçün qətiyyətlə işimizi davam etdiririk."

Həm ikitərəfli, həm də üçtərəfli görüşlərlə bu sahədə qətiyyətli olduqlarını ümum ictimaiyyətə göstərdiklərini vurğulayan Dönmez "Ümid edirəm ki, bu gün İranla birgə iqtisadi komissiyanın işini qiymətləndirəcəyik. Münasibətləri ən yüksək səviyyədə artırmaq bizim üçün çox vacibdir. Dövlət rəhbərliyi ilə özəl sektor arasında fərq qoymadan, iki ölkə liderlərinin ortaya qoyduğu dünyagörüşü istiqamətində əlaqələrimizi inkişaf etdirmək bizim vəzifəmizdir” deyə bildirdi.

Әlaqәli Xәbәrlәr