Türkiyə istehsalı yerli termal kameralar dünyaya ixrac edilir

HBF Elektronik və Təhlükəsizlik Sistemləri Firmasının qurucusu və rəhbəri Hakan Keklik sözügedən mövzu ilə bağlı bildirib...

1426692
Türkiyə istehsalı yerli termal kameralar dünyaya ixrac edilir

 

  Türkiyədə istehsal edilən yerli termal kameraları Amerika Birləşmiş Ştatları və İngiltərə də olmaqla müxtəlif ölkələrə ixrac edilir.

  HBF Elektronik və Təhlükəsizlik Sistemləri Firmasının qurucusu və rəhbəri Hakan Keklik sözügedən mövzu ilə bağlı bildirib: “Ağıllı binalar” və müxtəlif yerlərdə istifadə edilməsi nəzərdə turulan 3 ölçülü üztanıma texnologiya sistemi “Facestation” istehsal edirik. Bu günlər bu sistem məhsullarına maraq və tələbat daha da artıb. Eyni zamanda, turnika kimi təkli girişlərin olmadığı sıx axın yerləri üçün termal kamera istehsalı reallaşdırırıq. Bu “Facestation Maxi” modeliylə eyni anda 30 adamın temperaturunun ölçülməsi mümkündür… Türkiyənin termal məhsulları bazara çıxdığı ilk gündən böyük maraq gördü və məhsulların qiymət avantajında da ciddi üstünlük təmin edildi. Bu termal məhsullarına ABŞ, İngiltərə və Cənub Afrika da daxil olmaqla, 10-dan çox ölkədən tələb gəlib. Yerli mal ixracatı reallaşdırmaq qürurvericidir."



Әlaqәli Xәbәrlәr