Türkiyə İsveçrənin siyahısında yer almayıb

İsveçrədə Federal hökumətin yeni növ koronavirus infeksiyasının qarşısını almaq üçün səyahət məhdudiyyəti tətbiq etdiyi 29 ölkə arasında Türkiyə yer almayıb.

1447992
Türkiyə İsveçrənin siyahısında yer almayıb

İsveçrədə Federal hökumətin yeni növ koronavirus infeksiyasının qarşısını almaq üçün səyahət məhdudiyyəti tətbiq etdiyi 29 ölkə arasında Türkiyə yer almayıb. 
Federal hökümət iyulun 2-də qəbul edilən qərarla 29 ölkəyə tətilə gedən və ölkəyə qayıdanlar üçün 10 günlük karantin tələbi tətbiq etdi.
Türkiyənin yer almadığı siyahıda yoluxma sayında rekord qırılan ABŞ, pandemiyanın yeni mərkəzi qəbul edilən Braziliya, Rusiya və İsveç diqqət çəkən ölkələr olub.
Bundan əlavə Səudiyyə Ərəbistanı, Qətər, Azərbaycan, Ermənistan, Serbiya, İraq, İsrail, Çili və Peru kimi ölkələr də siyahıda yer alan ölkələr olub.
İsveçrəyə giriş məhdudiyyətlərinin iyulun 20-dək qüvvədə olacağı gözlənilir, bu tarixdən sonra isə İsveçrənin Avropa İttifaqının əsaslarına əməl edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr