Türkiyə "Kərkük-Ceyhan"ı sürətləndirmək istəyir

Türkiyə Kərkük-Ceyhan neft ixrac boru xəttinin işə düşməsini sürətləndirmək istəyir.

1269682
Türkiyə "Kərkük-Ceyhan"ı sürətləndirmək istəyir

  Türkiyə İraqla enerji sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək sayəsində Kərkük-Ceyhan neft ixrac boru xəttinin işə düşməsini tezləşdirmək niyyətindədir.

  Türkiyənin İraqdakı səfiri Fatih Yıldız bildirib ki, DAEŞ terror təşkilatı bölgədən təmizlənəndən sonra bu sahədə işlər sürətləndirilib. Səfir diqqətə çatdırıb ki, Kərkük-Ceyhan neft kəmərinin keçdiyi ərazi ilə daha bir ixrac xəttinin inşa olunması Türkiyə üçün strateji layihədir.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr