Türkiyənin 2021-ci ilin 11 ayında Aİ ölkələrinə ixracatı

2021-ci ilin 11 ayında Türkiyədən Avropa ölkələrinə ən çox avtomobil sənayesi, hazır geyim, kimyəvi maddə, polad, dəmir və digər metalların ixracatı edilib

1743205
Türkiyənin 2021-ci ilin 11 ayında Aİ ölkələrinə ixracatı

 

  Türkiyənin Avropa İttifaqı (Aİ) ölkələrinə ixracatı 2021-ci ilin 11 ayında 2020-ci ilin eyni dövrünə görə 34,3 faiz artaraq 78 milyard 557 milyon 731 min dollara çatıb.

  Türkiyənin ixracatı bu ilin yanvar-noyabr dövrü keçən ilin eyni vaxtı ilə müqayisədə 33,8 faiz artaraq 203 milyard 141 milyon 161 min dollara çıxıb.

  Sözügedən dövrdə Aİ ölkələrinə 34,3 faiz artımla 78 milyard 557 milyon 731 min dollarlıq ixracat reallaşdırılıb.

  2021-ci ilin 11 ayında Türkiyədən Avropa ölkələrinə ən çox avtomobil sənayesi, hazır geyim, kimyəvi maddə, polad, dəmir və digər metalların ixracatı edilib.

  Aİ ölkələrinə ixracatda avtomobil sənayesi, hazır geyim, kimyəvi maddə, polad və dəmir məmulatları ixracatının payı 65 faiz olub.

  Bu dövrdə Aİ ölkələrinə 17 milyard 81 milyon 130 min dollarlıq avtomobil sənayesi 11 milyard 142 milyon 687 min dollarlıq hazır geyim, 9 milyard 39 milyon 894 min dollarlıq kimyəvi maddə, 7 milyard 582 milyon 986 min dollarlıq polad və 5 milyard 825 milyon 459 min dollarlıq dəmir məmulatları ixracatı edilib.

  Türkiyə Aİ ölkələri arasında ən çox ixracatı isə Almaniyaya reallaşdırıb.



Әlaqәli Xәbәrlәr