Türkiyənin mədən sənayesi məhsullarının ixracında artım qeydə alınıb

Mədən sənayesi məhsullarının ixracı noyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9% artaraq 548 milyon 502 min dollara çatıb.

1742563
Türkiyənin mədən sənayesi məhsullarının ixracında artım qeydə alınıb

Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına görə, noyabr ayında ixrac həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,4% artaraq 21 milyard 468 milyon dollar olub. Sözügedən dövrdə mədən sənayesi məhsulları 165 ölkəyə ixrac edilib. Sektorun ixrac həcmi cari ilin 11 ayında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,4% artaraq 5 milyard 398 milyon 731 min dollara yüksəlib. Noyabrda mədən sənayesinin ən çox ixrac etdiyi ölkə Çin olub. Bu dövrdə Çinə 130 milyon 271 min dollarlıq məhsul satılıb. Çini 49 milyon 451 min dollarla Amerika Birləşmiş Ştatları, 44 milyon 479 min dollarla Bolqarıstan, 30 milyon 776 min dollarla İspaniya, 23 milyon 989 min dollarla Hindistan, 18 milyon 850 min dollarla İtaliya, 14 milyon 342 min dollar Belçika izləyib.



Әlaqәli Xәbәrlәr