Türkiyənin meyvə şirəsi ixracı

Türkiyə keçən il 150 ölkəyə ixrac edilən meyvə suyundan 279 milyon dollar gəlir əldə etdi.

1186709
Türkiyənin meyvə şirəsi ixracı

Türkiyə keçən il 150 ölkəyə ixrac edilən meyvə şirəsindən 279 milyon dollar gəlir əldə etdi.

Egey İxracatçı Birliyinin məlumatına görə, Türkiyə 2018-ci ildə 150 ölkəyə meyvə şirəsi ixrac etdi.

Meyvə şirəsi ixracı 2017-ci illə müqayisədə 30 faiz artaraq 279 milyon dollara çıxdı.

Birliyin icra heyəti sədri Xeyrəddin Uçak Türkiyənin meyvə şirəsini ən çox alan ölkənin 73,7 milyon dollarla ABŞ olduğunu bildirib.

Uçak ABŞ-ı 37,3 milyon dollarla İtaliyanın təqib etdiyini söyləyib.


Etiketlәr: #meyvə şirəsi , #ixrac

Әlaqәli Xәbәrlәr