Türkiyənin vitse-prezidenti Azərbaycanın paytaxtında

Türkiyənin vitse-prezidenti Fuad Oqtay Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Türkiyə-Azərbaycan VIII Qarışıq İqtisadi Komissiyanın növbəti iclasında iştirak edəcək.

1269699

  Türkiyə Prezident Aparatından verilən məlumata görə, ölkənin vitse-prezidenti sentyabrın 15-i axşam Bakıya yola düşür. Ertəsi gün o, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev məzarı, Türk Şəhidliyi və Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra ölkə başçısı İlham Əliyevlə görüşəcək.

  Fuad Oqtay Azərbaycanın baş naziri Novruz Məmmədovla birlikdə Türkiyə-Azərbaycan VII Qarışıq İqtisadi Komissiyanın iclasına sədrlik edəcək.

  Türkiyə-Azərbaycan Biznes Forumunda da iştirak edəcək vitse-prezident Azərbaycandakı türkiyəli iş adamları ilə bir araya gələcək, eyni zamanda, Asan Xidmət Mərkəzinə baş çəkəcək.

Әlaqәli Xәbәrlәr