"Türkiye qarşıdakı 10 ildə külək enerjisində Avropanın lider ölkəsi olacaq", F.Kacır

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyenin qarşıdakı 10 ildə külək enerjisində Avropanın lider ölkəsi olacağını bildirib.

2117518

Nazir Kacır İzmirdəki açıqlamasında, şəhərdə Külək Enerjisi Meteorologiya və Ətraf Mühit Test və Analiz Mərkəzini qurduqlarını xatırladaraq deyib:

"Qurduğumuz bu infrastrukturlarla qarşıdakı dövrdə külək elektrik stansiyalarında lokallaşma nisbətimizi birlikdə 60 faizdən çox artıracağıq. Bu sahədə Avropanın ən iddialı 5 ölkəsindən biriyik, lakin inkişaf sürətimiz göstərir ki, Türkiye qarşıdakı 10 ildə külək enerjisində Avropanın lider ölkəsi olacaq. İzmir isə Türkiyedə bu liderlik prosesinin aparıcı şəhəri olacaq.

Gələcək 20 ildə Avropada yaranacaq təxminən 300 gigavatlıq külək turbin tələbindən pay almağı və 2035-ci ilə qədər bərpa olunan enerjidə reallaşacaq 15 gigavatlıq külək turbin sərmayələrində yerli turbinlərimizin istifadəsini təmin etməyi hədəfləyirik. Ölkəmizdə yaşıl transformasiyanın əsas elementi olan sərmayələr”.

Әlaqәli Xәbәrlәr