Türkiyinin kәnd tәsәrrüfatı mәhsulları istehsalında rekord artım

Türkiyə fındıq, albalı, əncir, ərik, heyva və Xaxxaş istehsalında dünya  ölkәlәri  arasında  ilk sırada  iştirak edir.

1660602
Türkiyinin kәnd tәsәrrüfatı mәhsulları istehsalında rekord artım

Kənd Təsərrüfatı və Meşə Nazirliyinin hesabatına  görә Türkiyə son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalı  baxımından  Avropa və dünyada ilk sırada   iştirak  edir.

2005-2019 dövrü etibarilə kənd təsərrüfatı mәhsulları istehsalı baxımından  Avropada birinci yerdә   qәrarlaşan  Türkiyə dünyada 7-ci sırada idi.

Nazirliyin  hesabatına  görә  Türkiyədə kənd təsərrüfatı məhsulu istehsalı  keçən il  bir əvvəlki ilə müqayisәdә  20% artaraq 333.3 milyard liraya çatdı ki  bu Cümhuriyyət tarixində rekord olaraq qeyd edildi.

Bitki mənşəli məhsul  istehsalı  isә  yeni növ koronavirus epidemiyasının mənfi təsirlərinə baxmayaraq, keçən il əvvəlki ilə müqayisәdә 7,6%   artaraq  126,1 milyon ton  oldu. Türkiyə fındıq, albalı, əncir, ərik, heyva və xaşxaş istehsalında dünyada ilk,  bostan, qarpız, xıyar, albalı, buynuz  ağacı və noxud istehsalında ikinci, mandarin və alma istehsalında üçüncü, püstə, çiyələk, şabalıd, qoz və mərcimək istehsalında 4-cü, Şəkər çuğundurunda 5-ci, limon və üzümdə 6-cı pambıq istehsalında 7-ci yeri tutur.

Buğda unu ixracında dünyada birinci, makaron ixracında ikinci sırada iştirak  edәn  Türkiyә keçən il 205 ölkəyə 1982 növ kənd təsərrüfatı məhsulu ixrac edərək 20,7 milyard dollar gəlir əldə edib.

 



Әlaqәli Xәbәrlәr