Ukrayna Türkiyədən yenə PUA alacaq

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Homçak gələn il  Türkiyədən 5 ədəd "Bayraktar" pilotsuz uçuş aparatı (PUA) alacaqlarını bildirib.

1535151
Ukrayna Türkiyədən yenə PUA alacaq

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Homçak gələn il  Türkiyədən 5 ədəd "Bayraktar" pilotsuz uçuş aparatı (PUA) alacaqlarını bildirib.
"Armiya inform" saytının xəbərinə görə, Homçak ordunun ehtiyacları daxilində 2021-ci ildə 5 yeni "Bayraktar" PUA alınmasına dair qərara gəlindiyini qeyd edib.
Ukrayna Türkiyədən 2019-cu ildə 6 ədəd "Bayraktar TB2" PUA və 3 ədəd qurudan nəzarət stansiyası alıb.



Әlaqәli Xәbәrlәr