Uxandan Avropaya qatarların hərəkəti bərpa olundu

Yeni növ korona virusunun (Covid-19) yayılmağa başladığı Çinin Uxan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub.

1386909
Uxandan Avropaya qatarların hərəkəti bərpa olundu

 

  Yeni növ korona virusunun (Covid-19) yayılmağa başladığı Çinin Uxan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub.

  Azertac informasiya agentliyi xəbər verir ki, martın 28-də “China Railway Express” şirkətinə məxsus qatar Uxan stansiyasından Almaniya istiqamətində yola düşüb. Qatarın 15 günə Duysburq şəhərinə çatması gözlənilir. Əlli konteynerdən ibarət qatarın yükünün təxminən 90 faizi Uxandakı müəssisələrin istehsalı olan məhsullardır. Buraya pandemiya ilə mübarizədə istifadə olunacaq 166 ton tibbi ləvazimat, avtomobil ehtiyat hissələri və aksessuarları, elektronika malları, fiberoptik kabel, habelə tikinti materialları daxildir. Mallar Duysburqdan Almaniyanın müxtəlif şəhərləri ilə yanaşı, Fransa, Macarıstan, Çexiya və Polşaya da göndəriləcək. İlkin mərhələdə Avropaya həftədə 2-3 qatarın yola salınması planlaşdırılıb. Aprel ayında isə qatarların hərəkəti tam bərpa olunacaq.

  Uxanda korona virusunun sürətlə yayılmağa başladığı dövrdən fəaliyyəti dayandırılmış metronun və şəhərlərarası qatarların hərəkəti də martın 28-də bərpa olunub. Sian şəhərindən gələn sərnişin qatarı Uxanın Uçanq vağzalında qəbul olunub. Bu, iki aylıq fasilədən sonra Uxana Çinin digər şəhərlərindən gələn ilk qatar olub. Vağzalı tərk etməzdən əvvəl bütün sərnişinlərin tibbi müayinəsi aparılıb.

  Şəhərdə əsas altı metro xətti üzrə qatarların da hərəkəti bərpa olunub.



Әlaqәli Xәbәrlәr