100-dən çox məşhurun iştirakı ilə “Bir dünya birlikdə evdə” konserti

18 apreldə 100-dən çox məşhur sənətçinin iştirakı ilə korona virusu relyef  konsert tədbiri var.

1400672
100-dən çox məşhurun iştirakı ilə  “Bir dünya birlikdə evdə” konserti

 

  18 apreldə 100-dən çox məşhur sənətçinin iştirakı ilə korona virusu relyef  konsert tədbiri var.  

  Türkiyə saatı ilə 21.00-da başlayıb səhər 5-əcən davam edəcək konsert dünya üzrə bir çox televiziya kanalı ilə yanaşı “YouTube”, “Twitter”, “Facebook” və “İnstagram” üzərindən də canlı yayımlanacaq.

  “DW”nin bildirdiyinə görə, konsert çərçivəsində toplanacaq ianələr korona virusuyla mübarizə fondlarına veriləcək.

  “Bir dünya birlikdə evdə” ('One World – Together At Home) şüarı ilə təşkil edilən konsertdə Rollinq Stounz (Rolling Stones), Teylor Svift (Taylor Swift), Billi Eyliş (Billie Eilish), Selin Dion (Celine Dion), Farrell Uliyams (Pharrell Williams), Elton Con (Elton John), Pol Makkartni (Paul McCartney) və Stivi Uonder (Stevie Wonder) çıxış edəcəklər.

  Tədbirə həmçinin məşhur kino aktyorları Don Çidl (Don Cheadle), Semuel L.Cekson (Samuel L. Jackson) və Sara Cessika Parker (Sarah Jessica Parker), ABŞ milli qadın futbol komandasının ulduzu Meqan Papino (Megan Rapinoe), Amerika şou proqramlarının tanınmış aparıcıları Cimmi Fallon (Jimmy Fallon), Stiven Kolbert (Stephen Colbert) və Cimmi Kimmel (Jimmy Kimmel) də qatılacaq.

  Konsert bütün hökumətləri və əsas donorları Ümumdünya Səhiyyə Təşkilatına dəstək olmağa çağırır.



Әlaqәli Xәbәrlәr