"12 saatlıq qiraət marafonu üçün oturacağıq", E.Serkis

Mövzu ilə bağlı Serkis belə deyib...

1412936
"12 saatlıq qiraət marafonu üçün oturacağıq", E.Serkis

 

  "Üzüklərin əfəndisi" filmindən Qollum (Gollum) rolu ilə tanınan ingilis aktyoru Endi Serkis (Andy Serkis) yeni növ korona virusu (Covid-19) ilə mübarizə fondlarına kömək üçün “Hobbit” kitabını başdan ayağa canlı oxuyacaq.

  BBC-yə verdiyi müsahibəsində E.Serkis ingilis yazıçısı C.R.Tolkinin (C.R.Tolkien) 1937-ci ildə işıq üzü görən “Hobbit” kitabını fasiləsiz oxuyaraq əldə olunan gəliri “NHS Charities Together” və “Best Beginnings” fondlarına bağışlayacaq. Təxminən 12 saat sürəcək qiraəti hər kəs Endi Serkisin "Hobbitathon Covid-19 Go Fund Me Page" səhifəsindən canlı olaraq dinləyə bilər. Məqsəd 100 min pounddan çox yardım toplamaqdır.

  Sözügedən mövzu ilə bağlı Serkis belə deyib: “Çoxumuz karantin rejimində virusla təkbaşına mübarizədəyik. Bu çətin günlərdə sizi bu günə qədər yazılmış ən gözəl fantastik sərgüzəşt əsərlərindən birinin dünyasına aparmaq istəyirəm. Beləliklə, ən çox köməyə ehtiyacı olanlar üçün böyük işlər görən iki sağlam fonda yardım toplamaq üçün 12 saatlıq qiraət marafonu üçün oturacağıq."



Әlaqәli Xәbәrlәr