23 Aprel Bayramı "7 təpədən 7 qitəyə" konserti ilə

Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı günü "7 təpədən 7 qitəyə" başlığı ilə konsert proqramı yayımlayacaq.

1400702
23 Aprel Bayramı "7 təpədən 7 qitəyə" konserti ilə
İstanbul 7 tepe.jpg

 

  Türkiyə Prezident Aparatı (Cumhurbaşkanlığı) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı günü "7 təpədən 7 qitəyə" başlığı ilə konsert proqramı yayımlayacaq.

  “YouTube” internet kanalından yayımlanacaq konsertdə İstanbuldan bütün dünyaya sevgi və birlik çağırışı ediləcək.

  Türkiyə Prezident Aparatından verilən məlumata görə, türk şeirinin görkəmli şairi Yunus Əmrənin "Dünya mənim ruzimdir, insanlıqsa millətim" sözləri ilə başlayacaq konsert korona virusuyla əlaqədar İstanbuldan internet üzərindən həmrəylik mesajı paylaşacaq.

  Lüdviq van Bethovenin “İnsanlıq simfoniyası" olaraq da tanınan 9-cu simfoniyasının Frans List tərəfindən qurulan fortepiano aranjımanını məşhur pianoçu İdil Biret İstanbul Boğazından, arfada Şirin Pancaroğlu və müğənni Bora Uymaz Yunus Əmrənin "Mən gedirəm yana yana" mahnısını Qız qalasından, Yavuz Akalın neydə "Segah Peşrev"i (Yusuf Paşa) Ayasofyadan, Murat Bağdadlı udda "Kürdilihicazkar Longa"nı (Kemani Sebuh) Topkapı Sarayından, fleytada Elif Yurdakul Baykurt "Syrinx"i (Claude Debussy) Qalata Sarayından, tamburda Tamer Özer Özel və kamançada Aslıhan Özel "Nihavend Saz Semai"ni (Mesut Cemil bəy) Dolmabaxça Sarayından, kanunda Serkan Mesut Halili "Şehnaz Longa"nı (Santuri Ethem bəy) “Pierre Loti Hill”dən səsləndirəcəklər.



Әlaqәli Xәbәrlәr