70-ci Beynəlxalq Berlin Film Festivalının münsiflər heyətinin sədri açıqlandı
20 Fevral - 1 Mart 2020 tarixləri arasında təşkil ediləcək 70-ci Beynəlxalq Berlin Film Festivalının (Berlinale) münsiflər heyətinin sədri məşhur İngilis aktyor Jeremy Irons oldu.
1338683
“Berlinale” idarə heyətindən yayılan açıqlamada bildirilib ki, festivalın münsiflər heyətinə 71 yaşlı Oscar mükafatlı film və teatr aktyoru Jeremy Ironsun rəhbərlik edəcək.
Xatırladaq ki, bir çox filmdə oynayan Jeremy Ironsun 1991-ci ildə “Reversal of Fortune” filmindəki roluna görə ən yaxşı aktyor Oscar mükafatına layiq görüldü.
70-ci “Berlinale”-də nümayiş olunacaq filmlər hələ açıqlanmayıb. Məlumata görə Festivalın proqramı 29 yanvarda ictimaiyyətlə bölüşüləcək.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...