ABŞ-da Türkiyə mətbəxinin virtual təqdimatı

Türkiyənin mətbəx mədəniyyəti və ləzzətləri ABŞ paytaxtı Vaşinqtonda "Virtual Türk Qastronomiya Tədbirləri" ilə təbliğ olunur.

1402467
ABŞ-da Türkiyə mətbəxinin virtual təqdimatı

Türkiyənin mətbəx mədəniyyəti və ləzzətləri ABŞ paytaxtı Vaşinqtonda "Virtual Türk Qastronomiya Tədbirləri" ilə təbliğ olunur.
Vaşinqton Türkiyə-Amerikan Dərnəyinin (ATA-DC) Meridian Beynəlxalq Mərkəzi ilə birlikdə reallaşdırdığı virtual tədbirlərin birincisi aprelin 20-də mükafat qazanan yemək kitabı müəllifi Özlem Varrenin iştirakı ilə keçirilib.
Türkiyənin qabaqcıl kulinariya şəhərləri ilə Vashington arasında bir körpü qurulması məqsədiylə keçirilən təbirlər çərçivəsində Türkiyə yeməklərinin onlayn təqdimatları ilə yanaşı sənət və mədəniyyət fəaliyyətləri dəyer alır.
Onlayn fəaliyyətlər çərçivəsində 26 apreldə Barbara Aydan Dario ilə birlikdə Ramazan pidesinin resepti və təqdimatı, mayın 2-də Ebru Demir Baybara ilə yeməyin davamlılığı təqdimatı, 9 mayda Müge Karslıoğlu ilə Türk mətbəxinin təqdimatı və 10 mayda  Sahrap Soysal ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Keşkek təqdim ediləcək.
Bundan əlavə, avqustun 2-də Vaşinqtonda "Ənənəvi Türk Mətbəxi Təqdimatı və Vegetarian Reseptləri" adlı bir tədbir keçiriləcəkdir. 



Әlaqәli Xәbәrlәr