Arakan Media Təlim Proqramı

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) ilə Türkiyənin Radio Televiziya Qurumunun əməkdaşlığı ilə təşkil edilən və 15 gün davam edəcək Arakan Media Təlim Proqramının açılış mərasimi bu gün paytaxt Ankarada keçirildi.

1188174
Arakan Media Təlim Proqramı

  Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) ilə Türkiyənin Radio Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə təşkil edilən və 15 gün davam edəcək Arakan Media Təlim Proqramının açılış mərasimi 22 apreldə paytaxt Ankarada keçirildi.

  Media və qeyri-hökumət təşkilatlarından təcrübəli adamların dəvət olunduğu proqramda 12 fərqli ölkədən 20 arakanlı iştirak etdi.

  Təcrübəli mütəxəssislər tərəfindən keçirilən təlim proqramı Ankara və İstanbulda 15 gün sürəcək. İştirakçılar proqram çərçivəsində dövlət qurumlarını da gəzmək imkanı əldə edəcəklər.

  Proqramda etdiyi çıxışında son illər Myanmada yaşayan müsəlmanların qarşı-qarşıya qaldığı vəziyyətə diqqət çəkən YTB sədri Abdullah Eren deyib:

  "Myanmanın 50 milyon əhalisi var. Bunun 1 milyona yaxını Arakan müsəlmanıdır və təəssüf ki, onlar Myanmada vətəndaşlıq hüquqları daxil olmaqla, bütün insan haqlarından mərhumdurlar. Bu məsələnin beynəlxalq təşkilat və media tərəfindən səsləndirilməsi lazımdır. "Biz YTB olaraq nə edə bilərik" deyə düşündüyümüz zaman baxdıq ki, Arakan diasporu var. Bu dispor bir hissəsi Avropa ölkələrində olmaqla, Banqladeş, Pakistan, Səudiyyə Ərəbistanı və Sudanda yaşayan xeyli sayda arakanlı müsəlmandan ibarətdir. Biz də bu ölkələrdəki media və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən arakanlı müsəlmanlardan 20 nəfəri media təlimi üçün YTB-yə dəvət etdik”.  



Әlaqәli Xәbәrlәr