Aspendos Opera və Balet Festivalı başa çatdı

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş İdarəsi tərəfindən Aspendos Antik Teatrında keçirilən 26-cı Beynəlxalq Aspendos Opera və Balet Festivalı ötən gün keçirilən qala konserti ilə başa çatdı.

1272814

 “Karmen”, “Qu gölü, “Aida” və “Troya” əsərlərinin səhnəyə qoyulduğu festivalın son günündə Dövlət Opera və Balet Baş İdarəsinin baş direktoru Murat Karahan (tenor) da solist olaraq çıxış etdi.

Konsertin dirijoru məşhur italyan dirijoru Fabrisio Mariya Karminati idi.

Karminatini Antalya Dövlət Opera və Balet Orkestri müşayiət etdi.

Qala konsertində məşhur solistlər - bariton Eralp Kıyıcı, soprano Angelina Axmedova və mezzo soprano Anastasiya Boldıreva tamaşaçılara unudulmaz bir gecə bəxş etdilər.

Konsertdə çox sayda yerli və xarici turist də vardı.

Әlaqәli Xәbәrlәr