Avstriyanın paytaxtında Türkiyə stendi böyük maraqla qarşılandı

Türkiyənin Viyanadakı baş konsulu Asıb Kaya mətbuata verdiyi məlumatda sərgilə bağlı bildirib...

1342882
Avstriyanın paytaxtında Türkiyə stendi böyük maraqla qarşılandı
viyana '2020 uluslararasi turizm fuari5.jpg
viyana '2020 uluslararasi turizm fuari4.jpg
viyana '2020 uluslararasi turizm fuari3.jpg
viyana '2020 uluslararasi turizm fuari2.jpg
viyana '2020 uluslararasi turizm fuari1.jpg

 

  Avstriyanın paytaxtı Viyanada açılan 2020 Beynəlxalq Turizm Sərgisində Türkiyə stendi böyük maraqla qarşılanıb.

  Messe Sərgi Meydanında 50 ölkədən təxminən 850 firmanın qatıldığı sərgidə Türkiyəni təmsil edən Viyanadakı Mədəniyyət və Tanıtma Müşavirliyi 100 kvadrat metrlik hissədə stend açıb.

  Sərgidə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Hava Yolları başda olmaqla, Ürgüp Baş Məmurluğu və Bələdiyyəsi, otel və səyahət agentliyi operatorları iştirak edib.

  Türkiyə stendinə gələn qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

  Türkiyənin Viyanadakı baş konsulu Asıb Kaya mətbuata verdiyi məlumatda sərgilə bağlı bildirib:

  “Viyana Turizm Sərgisi dünyanın ən mühüm sərgilərindən biridir. Sərgiyə 500 minə yaxın adam qatılıb.

  Qeyd edim ki, Avstriyadan Türkiyəyə gələn turist sayı 2018-ci ildə 24, 2019-cu ildə isə 13 faiz artıb. Keçən il ölkəmizə təxminən 400 minə yaxın avstriyalı gəlib, 2020-ci ildə, inşallah, bu rəqəmin 500 minə çatmağına ümid edirik. Bu baxımdan Avstriyada yaşayan 300 minə yaxın türk soylu vətəndaşa da böyük məsuliyyət düşür. Onlar həm fərdi, həm də müxtəlif yollarla Türkiyənin təqdimatı və tanıdılmasında iştirak edə bilərlər.”



Әlaqәli Xәbәrlәr