Ayasofya məscidi Ramazana hazırlaşır

İstanbuldakı Ayasofya məscidi 11 ayın sultanı Ramazana hazırlaşır.

2110744
Ayasofya məscidi Ramazana hazırlaşır

İstanbuldakı Ayasofya məscidi 11 ayın sultanı Ramazana hazırlaşır.

Martın 10-da ilk təravih namazının qılınacağı Ramazan ayı üçün ölkə daxilində məscidlərdə son hazırlıqlar görülür.

Bu çərçivədə Ayasofya məscidində dezinfeksiya işləri aparılıb. Məsciddəki xalçalar və mərmər hissələr təmizlənib.

Təmizlik işlərindən sonra İsparta şəhərindən gətirilən xüsusi qızılgül suyu Ayasofya məscidinə səpilib.

Ramazan ayı ilə əlaqədar olaraq Ayasofyadakı ziyarət saatları da yenilənib.

Normalda Türkiye vaxtı ilə saat 22.00-a qədər açıq olan tarixi məscidi aprelin 9-da başa çatacaq Ramazan ayı ərzində 24 saat ziyarət etmək olar.



Әlaqәli Xәbәrlәr