"Ayla" filmi ABŞ-da böyük rəğbət qazandı

Koreyalı Kim Eunja ilə mənəvi atası çavuş Süleyman Dilbirliyinin hekayəsi əsasında ekranlaşdırılan "Ayla" filmi Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində nümayiş olundu.  Süleyman Dilbirliyinin xatirəsi vəfatının birinci ildönümündə yad edildi.

1103217
"Ayla" filmi ABŞ-da böyük rəğbət qazandı

Koreyalı Kim Eunja ilə mənəvi atası çavuş Süleyman Dilbirliyinin hekayəsi əsasında ekranlaşdırılan "Ayla" filmi Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində nümayiş olundu.  Süleyman Dilbirliyinin xatirəsi vəfatının birinci ildönümündə bu şəkildə yad edildi.

Filmin Yunus Əmrə İnstitutu ilə Türkiyənin Çikaqo Baş Konsulluğu tərəfindən "Gene Siskel Film Center" də təşkil olunan nümayişində Türkiyənin Çikaqodakı Baş konsulu Ümut Acar, İllinois ştatında Veteran Məsələləri üzrə Departamentin direktoru Stiven Kurda (Stephen Curda), fərqli ölkələrin diplomatları və Koreyadan olan veteranlar  iştirak etdilər.

Acar nümayişdən əvvəl çıxış edərək, "Ayla" filminin Koreya müharibəsində vəzifə başında olan çavuş Süleymanın göstərdiyi qəhrəmanlıq və insanlıq hekayəsindən bəhs etdiyini bildirdi, ölümünün birinci ildönümündə onu və bütün şəhidlrəi minnətdarlıq hissi ilə yad etdi, qazilərə də hörmətlərini ifadə etdi.

Yunus Əmrə İnstitutunun Vaşinqton ofisinin müdiri Halit Bulut sülhün ən qiymətli varlıq olduğunu qeyd etdi, müharibə şəraitində belə Türk insanının məzluma olan yardımsevər baxışını sərgiləyən filmin amerikan cəmiyyəti tərəfindən maraqla qarşılanmasına görə özünü xoşbəxt hiss etdiyini söylədi.

Oskar Akademiyasının da " ən yaxşı xarici film" nominasiyasına namizəd olan film 1950-ci illərdə Koreya Müharibəsində iştirak edən çavuş Süleyman Dilbirliyi ilə müharibədə ailəsini itirən "Ayla" adını verdiyi koreyalı kiçik qızın hekasəsindən bəhs edir.

Koreya veteranı Dilbirliyi keçən il dekabrın 7-də 91 yaşında vəfat edib.

 


Etiketlәr: #"Ayla" filmi , #ABŞ , #Çikaqo

Әlaqәli Xәbәrlәr