Bakı Dövlət Sirki 75 yaşını yeni milli truppası ilə qeyd etdi

Milli truppanın ilk çıxışı 75 il bundan öncə nümayiş olunan “Azərbaycan toy”u tamaşasının yubileyinə həsr edilib

1656904
Bakı Dövlət Sirki 75 yaşını yeni milli truppası ilə qeyd etdi
Bakı Dövlət Sirki 75_01.jpg
Bakı Dövlət Sirki 75_02.jpg
Bakı Dövlət Sirki 75_04.jpg

 

  Bu il 75 illiyini qeyd edən Bakı Dövlət Sirki yeni yaradılmış milli truppası ilə zabitlər bağında konsert verib.

  Azərtac xəbər verir ki, milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Orkestrin repertuarında Azərbaycan və xarici musiqilərin sintezinə üstünlük verilib.

  Milli truppanın ilk çıxışı 75 il bundan öncə nümayiş olunan “Azərbaycan toyu" tamaşasının yubileyinə həsr edilib. Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib. Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfər yaradıcı heyəti iştirak edib.

  Proqramın sonunda sirk orkestrinin ifasında Azərbaycan cəngisinin cazla sintezi səsləndirilib.

  Xatırladaq ki, yubileyi olan “Azərbaycan toyu" tamaşası 1946-cı il iyunun 12-də Üzeyir Hacıbəyovun təşəbbüsü ilə hazırlanıb. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi isə Süleyman Rüstəm olub.

  Qeyd edək ki, Bakı Dövlət Sirki üçün 12 iyun növbəti tarixi hadisə ilə yadda qalacaq. Belə ki, mədəniyyət ocağı 4-cü dəfə milli truppasını formalaşdırıb.



Әlaqәli Xәbәrlәr