Beynəlxalq Qızıl Barama Film Festivalı üçün müraciətlər başladı

Müsabiqələrdə iştirak etmək üçün 18 iyundan www.altinkozaff.org.tr internet saytını izləyə və müraciət edə bilərsiniz

1660165
Beynəlxalq Qızıl Barama Film Festivalı üçün müraciətlər başladı

 

  Türkiyənin Adana şəhərində bu il 28-cisi təşkil ediləcək Beynəlxalq Adana Qızıl Barama Film Festivalı (Uluslararası Adana Altın Koza Film Festivali) 13-19 sentyabr tarixlərində olacaq.

  Festivalda Yerli Kinofilm Müsabiqəsi, Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi, Tələbə Filmləri Müsabiqəsi və Adana Qısametrajlı Film Müsabiqəsi kateqoriyaları ilə yanaşı, dünya kinosundan nümunələr, filmlərdən xüsusi nümayiş hissələri, sərgilər və diskussiyalar yer alacaq.

  Müsabiqələrdə iştirak etmək üçün 18 iyundan www.altinkozaff.org.tr internet saytını izləyə və müraciət edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr