“Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası

İki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilir.

1527871
“Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası

İki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilir.

Həmin kampaniya İstanbulda yerləşən Yəditəpə Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

Qeyd edək ki, aksiyadan əldə edilən gəlirin tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbiçilərimizin ailələrinə, eləcə də müharibədən zərər çəkənlərə verilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna bağışlanması nəzərdə tutulur.

Yardımlaşma kampaniyasına 86 mütəxəssisin ümumilikdə 140 əsəri təqdim edilib.

Aksiyada Azərbaycanın və Türkiyənin rəsm sənətinin dünyaca məşhur adları Özdemir Altan, Devrim Erbil, Yalçın Gökçebağ, Aydın Ayan, Yalçın Karayağız, Mahir Güven, Rəsul Aytemür, Gürbüz Doğan Ekşioğlu, Gülveli Kaya,Zahit Büyükişleyen, Teymur Rzayev, Rəhim Məmmədov, Faiq Ağayev, Rasim Nazirov, Ziyad Sultanov, Məzahir Afşar, Səid Rüstem, Lətafət Məmmədova, İlham Ənvəroğlu, Şahin Məmmədov, Assim Rəsuloğlu və digərləri iştirak edirlər.

Aksiya noyabrın 22-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr