Bodrumda Halikarnassos İki Yaxa Mədəniyyət Festivalı keçirilir

Türkiyədə Muğlanın Bodrum rayonunda Halikarnassos İki Yaxa Mədəniyyət Festivalı keçirilir.

1187260
Bodrumda Halikarnassos İki Yaxa Mədəniyyət Festivalı keçirilir

Türkiyədə Muğlanın Bodrum rayonunda "Halikarnassos İki Yaxa Mədəniyyət Festivalı" keçirilir.
 
 Bodrum Bələdiyyəsinin köməyi ilə Qumbaxça məhəlləsinin muxtarlığı tərəfindən təşkil edilən festivalda İstanköy adasıdan gələn iştirakçılar da var.
 
 Türk-yunan dostluğunun inkişafına kömək etmək və yerli mədəniyyəti tanıtmaq məqsədilə Qumbaxça sahilində təşkil olunan festival rəngarəng görüntülərə səhnə oldu.
 
 Bodrumun antik dövrlərdəki adı Halikarnassosun ön plana çıxarıldığı tədbirdə bəzi qruplar və İstanköydən gələn "Horokos" Rəqs Qrupu çıxış etdilər.
 
 Ailələri mübadilə dövründə Kritdən köçən çox sayda vətəndaşın yaşadığı Qumbaxça məhəlləsində Türk və yunan mahnıları səsləndirildi.
 
 Festivalda yerli yeməklərin və əl sənətlərinin nümayiş olunduğu stendlər yquruldu, dəfilə keçirildi.
 
 Qumbaxça məhəlləsinin muxtarı Nil Taşkıran çıxışında hər iki mədəniyyəti yaxınlaşdırmaq, gözəl bir sintez yaratmaq istədiklərini dedi.
 
 İstanköy Müsəlmanları Mədəniyyət, Həmrəylik və Qardaşlıq Dərnəyinin sədri Kadri Məmiş də festivalda iştirak etdiyinə görə özünü çox xoşbəxt hiss etdiyini bildirdi.

 Festival bu gün başa çatacaq.



Әlaqәli Xәbәrlәr