Boğaziçi Film Festivalına 18 sentyabrda start veriləcək

Beynəlxalq Boğaziçi Kino Dərnəyinin təşkil edəcəyi 7-ci Boğaziçi Film Festivalının Beynəlxalq Münsiflər Heyəti Başçısı açıqlandı.

1270837
Boğaziçi Film Festivalına 18 sentyabrda start veriləcək

"Masahista", "Taklub", "Kinatay" və "Ma'Rosa" filmləri ilə tanınan filippinli ssenarist və rejissor Brillante Ma Mendoza "Beynəlxalq bədii film" yarışmasının münsiflər heyətinə rəhbərlik edəcəkdir.

Filmlərində həqiqi insanları və təcrübələrini özündə cəmləşdirən usta rejissor özünəməxsus kinematoqrafiyası və redaktorluğu ilə bir çox beynəlxalq festivalda böyük uğurlara imza atıb.

Qeyd edək ki, Mendoza "Kinatay" filminə görə 2009-cu ildə Kann Film Festivalında "Ən Yaxşı Rejissor" mükafatına layiq görüldü. Fransa tərəfindən "Chevalier dans l'Ordre des Arts et des Lettres" adı ilə təltif edilən ilk filippin rejissoru oldu.

18-25 Oktyabr tarixlərində İstanbulda keçiriləcək olan 7-ci Boğaziçi Film Festivalı çərçivəsində Atlas, Beyoğlu və Kadıköy kinoteatrlarında filmlər nümayiş etdiriləcək.



Әlaqәli Xәbәrlәr