Çin Xalq Respublikasında “Türk qəhvəsi” tanıtım tədbiri keçirilib

Çin Xalq Respublikasının cənubunda yerləşən Quanqdonq ştatının paytaxt şəhəri Quanqcouda “Türk qəhvəsi” tanıtım tədbiri keçirilib.

1743409
Çin Xalq Respublikasında “Türk qəhvəsi” tanıtım tədbiri keçirilib

Türkiyə ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyi münasibətilə Quanqcou Kitabxanası ilə əməkdaşlıq çərçivəsində “Anadolu küləyi” adlı mədəni tədbirlər keçirilir.

Tədbirlər çərçivəsində “5 dekabr Dünya Türk Qəhvəsi Günü” ilə əlaqədar “Türk qəhvəsi” tanıtım tədbiri keçirilib. Türk qəhvəsinin tarixi və mədəniyyətinin izah edildiyi tədbirdə Quanqcou Baş Konsulluğundan vitse-konsul Nəslihan Kul türklərin dünyada qəhvə mədəniyyətinin formalaşmasına verdiyi töhfələr haqqında təqdimatla çıxış edib. Kul, qəhvə mədəniyyətinin Anadolu xalqının gündəlik həyatındakı yeri və əhəmiyyətinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr