“Citizen” qısametrajlı film müsabiqəsinə müraciətlər davam edir

“TRT World” kanalının “Citizen” qısametrajlı film müsabiqəsinə müraciətlər davam edir.

1144405
“Citizen” qısametrajlı film müsabiqəsinə müraciətlər davam edir

“TRT World” kanalının “Citizen” qısametrajlı film müsabiqəsinə müraciətlər davam edir.

“TRT World” kanalının planetimizi daha yaxşı hala gətirə bilmək üçün insanlara ilham olması məqsədilə apardığı xeyriyyəçilik təşəbbüsü “World Citizen” tərəfindən bu il “TRT World” kanalının “Citizen” qısametrajlı film müsabiqəsinin sayca kincisi təşkil edilir.

Film prodüsserlərinə qlobal humanitar problemləri ənənəvi olandan başqa və yaradıcı baxışla ortaya qoyma imkanı verən müsabiqəyə müraciətlər davam edir.

Müsabiqə bu il toqquşma  bölgələrindəki zorakılığın və təzyiqin qurbanları, həmin zamanda sülhün bərpasında öncül qadınların hekayələrini önə çıxaran “Hərbin qadınları” mövzusu çərçivəsində keçirilir.

Fərq yaratmaq və tamaşaçılara öz həyatları, problemləri və mübarizələri barədə yeni perspektiv qazandırması məqsəd götürülən müsabiqədə bu il qısametrajlı fimlər toqquşma bölgələrindəki qadınların yaşadığı çətinlikləri mövzu götürəcək.

Qeyd edək ki, keçən il 110 ölkədən 3 mindən film artıq müraciət etmişdi.

Cari il isə müsabiqəyə müxtəlif ölkələrdən indiyədək 500-dən artıq müraciətin olduğu bildirilib. Müraciətlər 31 maya qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr