"Emmi" mükafatının qalibləri

ABŞ-ın Los-Anceles şəhərində 72-ci "Emmi" mükafatının təqdimetmə mərasimi təşkil olunub.

1494270
"Emmi" mükafatının qalibləri

ABŞ-ın Los-Anceles şəhərində 72-ci "Emmi" mükafatının təqdimetmə mərasimi təşkil olunub.

Yeni növ koronavirus (Covid-19" epidemiyası səbəbindən tamaşaçıların və mükafat alacaq namizədlərin iştirak etmədiyi tədbir videokonfrans farmatında baş tutub. 

"Ən yaxşı dramatik serial" kateqoriyasında "Varislər" qalib olub.

"Ən yaxşı komediya serialı" kateqoriyasında "Şitts Krik", "Ən qısa serial" kateqoriyasında isə "Mühafizəçilər" "Emmi" qazanıb.

"Şitts Krik"də oynayan aktyorlar Ketrin O'Hara və Yucin Levi komediya serialında ən yaxşı aktyor, eyni serialdan olan Deniel Levi və Enni Merfi isə komediya serialında oynayan ən yaxşı ikinci plan aktyorları kateqoriyasında mükafat qazanıblar.

"Komediya serialı üçün ən yaxşı ssenari" mükafatını da Deniel Levi qazanıb.

Aktyorlar Ceremi Stronq və Zendaya dramatik serialda ən yaxşı kişi və qadın rollarına görə "Emmi" qazanıblar. Dramatik serialda ikinci plan roluna görə Bilki Krudap və Culiya Qarner də fərqləniblər.

1946-cı ildən Amerika Televiziya Sənətləri Akademiyası tərəfindən verilən "Emmi" bu sahədə ən prestijli mükafat hesab olunur. Mükafatın taleyini Teleakademiyanın 23 minə yaxın üzvü müəyyən edir.



Әlaqәli Xәbәrlәr