Göbeklitepenin sirri qaya məzarlarda aparılan qazıntılarda

Şanlıurfa şəhərində yerləşən Kızılkoyun Nekropolu sahəsində qazıntı işlərinə başlanıb.

1485490
Göbeklitepenin sirri qaya məzarlarda aparılan qazıntılarda

Şanlıurfa şəhərində yerləşən Kızılkoyun Nekropolu sahəsində qazıntı işlərinə başlanıb.
Birləşmiş Millətlər Təşkilatı Elm, Təhsil və Mədəniyyət Təşkilatı olan Yuneskonun (UNESCO) Dünya Mirası Siyahısında yer alan Göbeklitepedəki kəşflərə bənzər əsərlərin aşkarlandığı 2 min illik qaya məzarlarının olduğu bölgədə daha əvvəl "Amazon kraliçalarının ov və döyüş səhnələri"nin təsvir olunduğu müzaikalar tapılmışdı. 
Tarixi Balıklıgöl şəhərciyi yaxınlığında yerləşən bölgədə başlanan qazıntıların Göbeklitepenin sirrini gün işığına çıxaracağına dair yeni əsərlər tapa biləcəyi təxmin edilir.
Şanlıurfa Böyükşəhər Bələdiyyə başçısı Zeynel Abidin Beyazgül qazıntıların başladığı ərazinin yaxınlığında Qədim Yunan və Roma mədəniyyətinin qalıqlarının olduğunu ifadə edib.
Beyazgül Kızılkoyun Nekropolunun ətrafında aparılan qazıntıların Göbeklitepedəkii sirrin ortaya çıxmasına töhfəsinin olacağına inandıqlarını ifadə edərək, "Şanlıurfa onsuz da yeni kəşflərə hazırlaşır, insanlıq yeni sürprizlər gözləməlidir" deyib.



Әlaqәli Xәbәrlәr