“Google Translate” sisteminə 24 yeni dil əlavə edildi

“Google” tərəfindən verilən məlumatda bildirilir...

1827086
“Google Translate” sisteminə 24 yeni dil əlavə edildi

 

  “Google” tərcümə proqramı “Google Translate” sisteminə 24 yeni dil daxil edib.

  “Google” tərəfindən verilən məlumatda bildirilir: “Tərcümə proqramına 10-u Afrikadan olmaqla 24 yeni dil əlavə olunub. Bu Afrika dilləri aşağıdakılardır:

  • Qanada 11 milyon insanın danışdığı ashante,
  • Malidə 14 milyon insanın danışdığı bambara,
  • Qana və Toqoda 7 milyon insanın danışdığı jeje,
  • Sierra Leonedə 4 milyon insanın danışdığı krio,
  • Uqanda və Ruandada 20 milyon insanın danışdığı luqanda,
  • Efiopiya və Keniyada 37 milyon insanın danışdığı oromo,
  • Konqo Respublikası, Anqola, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında 45 milyon insanın danışdığı linqala,
  • Cənubi Afrikada 14 milyon insanın danışdığı sepedi,
  • Eritreya və Efiopiyada 8 milyon insanın danışdığı tiqrinya,
  • Esvatini, Mozambik, Cənubi Afrika və Zimbabvedə 7 milyon insanın danışdığı tsonqo.

  Hindistan, Latın Amerikası və Filippin dilləri, həmçinin kürdcənin sorani ləhcəsinin də yer aldığı “Google Translate”də dillərin sayı artıq 133-ə yüksəldi.



Әlaqәli Xәbәrlәr