Humanitar Film Festivalına mayın son həftəsində start veriləcək

"TRT World Citizen"in qlobal humanitar mövzulara işıq salmaq üçün təşkil etdiyi Humanitar Film Festivalı 26-27 may tarixlərində İstanbulda keçiriləcək.

1829607
Humanitar Film Festivalına mayın son həftəsində start veriləcək

 

Türkiyə Radio və Televiziya Qurumu - TRT festival çərçivəsində müxtəlif coğrafiyalardan filmləri tamaşaçılara təqdim edəcək.

TRT Haber bildirir ki, insana və bütün bəşəri dəyərlərə önəm verən bir anlayışla irəliləyən TRT Humanitar Film Festivalı layihəsini həyata keçirir.

"TRT World Citizen" tərəfindən mayın 26-27-də "Grand Pera" Əmək Səhnesində təşkil olunacaq festivalda qlobal humanitar məsələlər, qaçqın, aclıq və müharibə kimi bəşəriyyətin hələ də mübarizə apardığı problemlər müzakirə olunacaq.

Festival çərçivəsində Türkiyə, İran, Fransa, Kanada, İtaliya, İspaniya, Amerika və Seneqal kimi dünyanın müxtəlif coğrafiyalarından 16 film nümayiş olunacaq.

Tədbirin ikinci günündə film nümayişi ilə yanaşı müsahibələr aparılacaq və seminarlar keçiriləcək. üç filmin mükafat kazanacağı Festivala “www.worldcitizenfilmfestival.com” ünvanından qeydiyyatdan keçə bilərsiniz.

 



Әlaqәli Xәbәrlәr