İki gənc rəssamın tablosundan əldə ediləcək gəlir zəlzələ qurbanları üçün istifadə ediləcək

Almaniyada "Möcüzə uşaq" kimi tanınan 8 yaşlı rəssam Mikail Akar və yunan rəssamı Niko Nikolaidisin birlikdə hazırladığı tablo İzmir və Sisam adasındakı zəlzələ qurbanları üçün satılacaq.

1524318

Uğurları ilə sadəcə Almaniyada deyil, dünyanın qabaqcıl kütləvi informasiya vasitələrində yer alan ərzurumlu Mikail Akar ilə Almaniyada yaşayan 29 yaşındakı Nikolaidisin çəkdiyi "Samir" adlı tablo ilə 10 ədədlə məhdudlaşdırılan böyük ölçülü fotoların satışından əldə ediləcək gəlir  fəlakətzələrə veriləcək.
Kölndə yerli vaxtla saat 18: 00-da hərraca çıxarılacaq tablo haqqında məlumat verən Mikailin atası Kerem Akar oğlunun uğurlarından qürur duyduğunu və zəlzələ qurbanlarının yaralarını sağaltacağı düşünülən bu layihəni ürəkdən dəstəklədiklərini söyləyib.
Zəlzələdə yaşanan acıların həm Türkiyə, həm də Yunanıstan tərəfi üçün ümumi olduğunu dilə gətirən Akar satışlardan əldə ediləni gəlirin zəlzələ qurbanlarının xeyrinə istifadə ediləcəyini bildirib.
Zəlzələ zamanı binaların çökdüyünü və insanların öldüyünü və dağıntılardan çıxarılan uşaqların onları çox təsir etdiyini ifadə edən Akar bu görüntülərdən sonra oğlu Mikailin belə bir layihə həyata keçirmək istədiyini söyləyib.

Әlaqәli Xәbәrlәr