İordaniyada Türkiyә günlәri keçirilir

İordaniyanın paytaxtı Amman şәhәrindә Türkiyә mәdәniyyәtinin tәbliğ edilmәsi ilә bağlı tәdbir keçirilib.

1280386
İordaniyada Türkiyә günlәri keçirilir

 

 

İordaniyanın paytaxtı Amman şәhәrindә Türkiyә mәdәniyyәtinin tәbliğ edilmәsi ilә bağlı tәdbir keçirilib. Tәdbir çәrçivәsindә ‘‘Türkiyә Mәtbәxi Günlәri’’in açılışı olub. Tәdbirdә Türkiyә mәtbәxinin  lәziz tәamları tәqdim olunub.

Türkiyənin Ammandakı sәfirliyi vә  Yunus Əmrə İnstitutunun tәşkilatçılığı ilә keçirilәn tәdbirdә Türkiyənin Ammandakı sәfiri  Murat Karagöz ilә  yanaşı çox sayda rәsmi şәxs iştirak edib. ‘‘Türkiyә Mәtbәxi Günlәri’’ çәrçivәsindә Türkiyәyә aid musiqi әsәrlәri sәslәndirilib.

Mәlumata әsasәn, ‘‘Türkiyә Mәtbәxi Günlәri’’ üç gün davam edәcәk.

Qeyd edәk ki,  Türkiyәnin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə İordaniya mədəniyyət və gənclər naziri Məhəmməd Əbu Rumman sentyabrın 17-fә  2020 Türkiyə-İordaniya  Qarşılıqlı Mədəniyyət İli  ilә bağlı bəyanatı imzalamışdı.



Әlaqәli Xәbәrlәr