İranın Milli kitabxanasında “Türkiyə bölməsi”

İranın paytaxtı Tehrandakı İranın Milli kitabxanasında “Türkiyə bölməsi” fəaliyyət göstərəcək.

1185177
İranın Milli kitabxanasında “Türkiyə bölməsi”

İranın paytaxtı Tehrandakı İranın Milli kitabxanasında “Türkiyə bölməsi” fəaliyyət göstərəcək.

Bölmənin açılış mərasimində Türkiyənin Tehrandakı səfiri Prof. Dr. Dərya Örs ilə İranın Milli Kitabxana və Sənədlər Təşkilatının sədri Əşrəf Burucerdi qatılıb.

Səfir Örs Türkiyə ilə İran arasındaki siyasi və iqtisadi əlaqələrin güclü olmasının hər kəsin məlumu olduğuna işarə edərək, mədəniyyət sahəsindəki münasibətləri də inkişaf etdirmək məqsədilə belə bir addım atıldığını söyləyib.

İranın Milli kitabxanasında açılan “Türkiyə bölməsi”nə Türkiyə Cümhuriyyəti dövlətinin mədəniyyət, ədəbiyyat, din və tarix sahələrində 1500 ədəd kitab hədiyyə etdiyini bildirən Örs deyib ki, Türkiyə bölməsi iki ölkə arasında yeni üfüqlərə pəncərə açır. Pəncərə açmaq və salamlaşmaq xeyli əhəmiyyətlidir. Türkiyə ilə İran xalqları arasında bu səmimi və yaxın salamlaşmaya bu kiçik kitabxana ilə töhfə verdiyimiz üçün xoşbəxtik. Bu bölməyə dəstəyimizi davam etdirəcəyik. Biz bölgədə sülh, sabitlik, dostluq və dinclik üçün cəhd göstəririk və bunu da kitabxanalardan başlatmaq istəyirik. Kitab hər şəyin açarıdır.

İranın Milli Kitabxana və Sənədlər Təşkilatının sədri Əşrəf Burucerdi də kitabxanadakı “Türkiyə bölməsi”nin açılması ilə Türkiyənin Milli kitabxanası ilə əməkdaşlığı gücləndirməyə və onların qaynaqlarından istifadə etməyə ümid etdiklərini söyləyib.

Burucerdi “bu addımın dost və əziz ölkə Türkiyə ilə mədəniyyət sahəsindəki əlaqələrimizin inkişafı üçün yaxşı bir başlanış olmasını arzu edirik” deyib.



Әlaqәli Xәbәrlәr