İzmirin Berqama qəsəbəsindəki Aşağı Şəhərdə yeni tapıntılar

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO Dünya Mirası Siyahısında “Çox mərhələli mədəni mənzərə sahəsi” sayılan Berqamada aparılan qazıntılar yeni tarixi məlumatlardan xəbər verir

1444869
İzmirin Berqama qəsəbəsindəki Aşağı Şəhərdə yeni tapıntılar

 

  İzmirin Berqama qəsəbəsindəki Aşağı Şəhərin qazıntı işlərində bölgənin tarixinə işıq tutacaq yeni tapıntılar əldə edilib.

  Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO Dünya Mirası Siyahısında “Çox mərhələli mədəni mənzərə sahəsi” sayılan Berqamada aparılan qazıntılar yeni tarixi məlumatlardan xəbər verir.

  Vaxtilə Perqamon adlandırılan antik şəhərin krallar və yüksək hərbi rütbəli adamlarının yaşadığı Yuxarı Şəhərə qarşılıq sadə xalq tikililərinin olduğu Aşağı Şəhərdəki son qazıntı işləri zamanı e.ə. 6-7-ci əsrə aid "aryballos" adlandırılan ətir yağı şüşəsi və eyni dövrə aid "fibula" paltar iynəsi tapılıb.

  Bütün tapıntıların Roma dövrünə aid olduğu Aşağı Şəhərdə bu əsərlərin ortaya çıxması bölgədə minillikləri aşan mədəniyyətlərin varlığından xəbər verir.

  Aşağı Şəhər tarixi də kral sarayları, arsenallar və böyük məbədlərin olduğu Yuxarı Şəhər kimi antik dövrdən qalıb.

  Bölgədə tapılan yeni əşyalar qeydə alındıqdan sonra İzmir Berqama Muzeyində sərgilənir.



Әlaqәli Xәbәrlәr