Kaplanoğlu "Bağlılıq Həsən"lə Türkiyəni təmsil edəcək

"Bağlılıq üçləməsi"nin ikinci filmi olan "Bağlılıq Həsən"in baş rollarını Umut Karadağ və Filiz Bozok oynayır, qonaq aktyor isə Mahir Günşiraydır

1651313
Kaplanoğlu "Bağlılıq Həsən"lə Türkiyəni təmsil edəcək

 

  Rejissor Semih Kaplanoğlu "Bağlılıq Həsən" filmiylə 74-cü Kann (Cannes) Film Festivalında Türkiyəni təmsil edəcək.

  S.Kaplanoğlu “Bağlılıq Həsən”in rəsmi hissəyə seçilən 38 filmdən biri olduğunu bildirərək “Un Certain Regard”da Türkiyəni təmsil edəcəyi üçün özünü çox xoşbəxt hiss etdiyini söyləyib.

  "Bağlılıq üçləməsi"nin ikinci filmi olan "Bağlılıq Həsən"in baş rollarını Umut Karadağ və Filiz Bozok oynayır, qonaq aktyor isə Mahir Günşiraydır.

  Film dolanışığını ata mirası olan meyvə bağçası və tarlasından təmin edən Həsənin tarlanın tam ortasında tikilməsi planlanan elektrik dirəyindən qurtulmağa çalışması, eyni zamanda, Həcc ziyarəti üçün Məkkəyə getməyi yaxınlaşdıqca keçmişinə və öz içinə doğru çıxdığı axtarışından bəhs edir.

  74-cü Kann Film Festivalında Türkiyəni dördüncü dəfə təmsil edəcək Semih Kaplanoğlu 2007-ci ildə "Yumurta" filmi ilə “Quinzaine de Realisateurs” hissəsində, yenə eyni il “Süd” filmi ilə “Cannes Atelier”də iştirak edib.

  Saraybosnalı rejissor Aida Begiçin 2012-ci ildə “Un Certain Regards”da dünya premyerası edilən "Djeca" filminin ortaq prodüseri də olan Kaplanoğlu 2013-cü ildə Kann Film Festivalında Kinofond (Cinefondation) və Qısametrajlı Film Münsiflər Heyətində yer alıb.

  "Bağlılıq Həsən" Kann Film Festivalından sonra Türkiyənin kinoteatrlarında göstəriləcək.



Әlaqәli Xәbәrlәr