"Əl-Əqsada bir gecə" filmi Kanadada tamaşaya qoyulub

2019-cu ildə çəkilmiş "Əl-Əqsada bir gecə" filmi ilk dəfə Hamilton şəhərində tamaşaya qoyulub.

1652164
"Əl-Əqsada bir gecə" filmi Kanadada tamaşaya qoyulub

Kanadanın aparıcı humanitar yardım təşkilatlarından olan "Islamic Relief Canada" İsrail əsgərlərinin son həftələrdə Qüds, Qəzza və İordan çayının Qərb sahilindəki fələstinli müsəlmanlara qarşı tətbiq etdikləri zorakılığı beynəlxalq cəmiyyətə izah etmək üçün ölkədə film nümayiş etdirib.

2019-cu ildə çəkilmiş "Əl-Əqsada bir gecə" filmi ilk dəfə Hamilton şəhərində tamaşaya qoyulub. 

Hamilton Müsəlmanlar Dərnəyi ilə birgə hazırlanmış filmin nümayişinə dair Anadolu agentliyinə bəyanat verən "Islamıc Relief Canada"nın ianə tədbirləri üzrə koordinatoru İbtihaj Khan 

"Məqsədimiz Fələstinə yardım toplamaqdan çox, xatirələri təzələmək və məlumatlandırmağı artırmaqdır" deyib.

Hamilton Moutain məscidi imam Məsud Tora da Fələstinin İslam dünyasının qanayan yarası olduğunu söyləyib.

Tora Kanadada gündəmin əsas mövzusuna çevrilən, yerlilərin internat kilsə məktəblərində oxuyan uşaqlarının 120 il əvvəl yaşadıqlarına işarə edərək, "Bu gün, müasir dünyada cəmi iki həftə əvvəl 66-sı uşaq olan günahsız insanlar mədəni aləmin gözü qarşısında qətlə yetirildi. Müasir cəmiyyət Qüds, Qəzza və Fələstin şəhərlərində baş verənlərdən dərs almalıdır" deyib. 

Bir çox ailənin övladları ilə birlikdə izlədiyi "Əl-Əqsada bir gecə" yay boyunca fərqli şəhərlərdə açıq hava kinoteatrı şəklində nümayiş olunacaq.



Әlaqәli Xәbәrlәr