Mədəniyyət və Turizm Nazirliyi bütün muzey və tarixi yerləri eyni səhifədə birləşdirdi

Mədəniyyət və Turizm Nazirliyinin bütün muzey və tarixi yerlərinin sasiol şəbəkə hesabları https://turkishmuseums.com  səhifəsində birləşdirildi.

1267417
Mədəniyyət və Turizm Nazirliyi bütün muzey və tarixi yerləri eyni səhifədə birləşdirdi

Mədəniyyət və Turizm Nazirliyinin bütün muzey və tarixi yerlərinin sosial şəbəkə hesabları https://turkishmuseums.com  səhifəsində birləşdirildi.

Muzeyləri markalaşdırmaq üçün həyata keçirilən proqram sayəsində istifadəçilər baxmaq istədikləri muzeylər haqqında fikir və təkliflərini birbaşa eyni səhifədə bölüşə bilərlər.

Sosial və digital mediadakı muzey təqdimatı rabitə strategiyasının müəyyən edilməsindən sonra yaradılan birgə şəbəkədə, məlumatlandırıcı paylaşmalarla yanaşı Türkiyədəki muzey və örən yerlərilə əlaqədar fotoşəkil və videolar da yer alıb.

Muzeylərin tanıdılması üçün nazirliyin hazırladığı 9 qısa video və nadir əsərlərin fotoşəkilləri “Facebook”, “Instagram”, “Youtube”, “Twitter” və “Tripadvisor” hesablarında istifadəçilərə təqdim olunur. Muzey haqqında daha 15 video hazırlanır.

Muzeylərdə və tarixi yerlərdə afişalarda mobil cihazlarında QR kodlarını oxudan istifadəçilər www.turkishmuseums.com vasitəsilə anketada iştirak edə bilərlər. Nazirlik bu rəy və təkliflərdən daha keyfiyyətli muzey xidməti təqdim etmək və düzgün planlar hazırlamaq üçün istifadə edir.



Әlaqәli Xәbәrlәr