Məşhur cütlük uşaqları ilə İstanbulu gəzir

Akademiya və “Qızıl qlobus” mükafatlı amerikalı aktyor və rejissor Maykl Duqlas uşaqları ilə birlikdə İstanbulun ən məşhur tarixi yerlərindən birini- Kapalıçarşını gəzib.

1336367

Duqlas həyat yoldaşı “BAFTA” və Akademiya mükafatlı məşhur aktrisa Ketrin Zeta-Cons ilə evliliklərinin 20-ci ildönümünü qeyd etmək üçün gəldiyi İstanbulda uşaqları ilə üstü örtülü bazar yerində dükanları gəzib.  

Məşhur cütlük yanvarın 4-də başlayan Türkiyə tətillərinin ilk günündə Balatı gəzərək bir şəkər dükanına baş çəkmiş, ayrıca Ayasofiya muzeyini gəzərək, Boğazda qayıqla səfər etmiş, Kuzguncuk Sinaqoquna getmişdi.

Məşhur cütlüyün İstanbul tətillərinin yanvarın 8-də başa çatacağı gözlənilir.

Әlaqәli Xәbәrlәr