Moldovalı turistlər payızda da Kapadokiyanı gəzdilər

Moldovadan Nevşehirə birbaşa uçuşla gələn turistlər təbii, tarixi və mədəni gözəlliklər arasında nağıl kimi tətil keçirmə fürsəti əldə etdikləri Kapadokiyaya heyran qalırlar.

1739321

Moldovanın paytaxtı Kişinyovdakı Beynəlxalq Hava Limanı ilə Nevşehirdəki Kapadokiya Hava Limanı arasında başlayan uçuş Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya Mədəni İrsi siyahısında olan Kapadokyanı görmək istəyənləri daşıyır. 

Moldovalı turistlər bələdçilərin müşayiəti ilə Ürgüp, Derinkuyu, Avanos, Göreme, Uçhisar, Kaymaklı və Ortahisar qəsəbələrindəki pəri bacaları ilə örtülmüş dərələri və yeraltı şəhərləri, Çavuşin kəndini gəzirlər.

Bölgəyə xas mənzərədə şəkil çəkdirən turistlər payızın sakitliyindən də həzz alırlar.

Әlaqәli Xәbәrlәr