Mosuldakı tarixi bazar yeri təmir olunur

İraqın Mosul şəhərindəki tarixi bazar yeri terror təşkilatı DEAŞ ilə baş verən toqquşmalara görə məruz qaldığı dağılmadan 1,5 il sonra bərpa olunacaq.

1144624
Mosuldakı tarixi bazar yeri təmir olunur

İraqın Mosul şəhərindəki tarixi bazar yeri terror təşkilatı DEAŞ ilə baş verən toqquşmalara görə məruz qaldığı dağılmadan 1,5 il sonra təmir olunacaq.

Mosul valisi Nufeyl Hamadi İraqın yarı rəsmi qəzeti Əs-Sabaha verdiyi açıqlamada DEAŞ ünsürlərilə baş verən toqquşmalara görə ciddi şəkildə dağılan Mosulun ən böyük və qədim bazar yerinin təmir fəaliyyətlərini başladacaqlarını ifadə edib.

Hamadi bazar yerindəki dükanların keçmişdəki kimi Təmur olunacağını və 250 ərzində sahiblərinə təhvil veriləcəyini söyləyib.

Vali Hamadi tarixi bazar yerinin təmir işlərinə nə zaman başlanacağı və təmir işlərinin kimin tərəfindən görüləcəğinə dair məlumat verməyib.

Mosulun “Eymen” adlanan qərb bölgəsindəki tarixi Mosul bölgəsində yerləşən tarixi bazar yerinə şəhəri DEAŞ-dan xilas etmə əməliyyatı zamanı ciddi ziyan dəymişdi.



Әlaqәli Xәbәrlәr