Muğam və Mövləvilər Ankaranı da fəth etdi

Azərbaycan Muğam Sənəti və Mövləvi Səma Rəqslərinin BMT-nin Yunesko (UNESCO) təşkilatının Qeyri-Maddi İrs Siyahısına salınmasının 10 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankarada möhtəşəm konsert proqramı oldu.

1100896
Muğam və Mövləvilər Ankaranı da fəth etdi

  Azərbaycan Muğam Sənəti və Mövləvi Səma Rəqslərinin BMT-nin Yunesko (UNESCO) təşkilatının Qeyri-Maddi İrs Siyahısına salınmasının 10 illiyi münasibətilə bağlı Türkiyənin paytaxtı Ankarada Cumhurbaşkanlığı Simfonik Orkestr Salonunda möhtəşəm konsert proqramı təqdim olundu.

  Tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirlikləri, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirildi.

  Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen Kazeinov və UNESCO-nun Türkiyə Milli Komissiyasının sədr vəkili Deniz Çakarın çıxışlarından sonra konsertin birinci hissəsində Azərbaycan və Türkiyə seyrçiləri Türkiyəninn Beynəlxalq Mövlana Cəmiyyəti (Uluslar arası Mevlana Vakfı) Səma Qrupunun kompozisiya-proqramına tamaşa etdi.

  Tədbirin təşkilatçıları tərəfindən Mövlana Səma Qrupuna mükafat təqdim edildikdən sonra Azərbaycan Respublikasından gələn Qarabağ Muğam Qrupu konsert verdi.

  Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Mənsum İbrahimovun tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov və nağarada Kamran Kərimovun müşayətilə oxuduğu Azərbaycan xalq və bəstəkar mahnıları, sonda isə “Qarabağ şikəstəsi” ilə bütün qonaqların hərarətli alqışlarına səbəb oldu.

  Konsert Qarabağ Muğam Qrupunun hər bir üzvünə ayrı-ayrılıqda Azərbaycanın Türkiyədəki səfir X.İbrahim, TÜRKSOY-un baş katibi D.Kaseinov və UNESCO-nun Türkiyə Milli Komissiyasının sədr vəkili D.Çakar tərəfindən mükafatların təqdim edilməsilə başa çatdı.

  Tədbirdən sonra Ankarada yaşayan və çalışan azərbaycanlılar Bakıdan gələn sənətkar həmyerliləri ilə xatirə şəkilləri çəkdirdilər.      



Әlaqәli Xәbәrlәr