“Ən yaxşı rəqs ansamblları” başında Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Rəqs Ansamblı reytinqdə ilk üçlükdədir

1409028
“Ən yaxşı rəqs ansamblları” başında Azərbaycan Dövlət Rəqs Ansamblı
Azərbaycan Dövlət Rəqs Ansamblı_02.jpg
Azərbaycan Dövlət Rəqs Ansamblı_03.jpg

 

  Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə “Ən yaxşı rəqs ansamblları”nın top-reytinqində ilk üçlükdə yer alıb.

  Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib ki, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

  29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxildir.

  “Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

  Qeyd edək ki, Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd edilir.



Әlaqәli Xәbәrlәr