Orta əsrə aid dərman şüşəsi

Dünyanın ən qədim yaşayış məntəqələrindən olan Türkiyənin Şanlıurfa vilayəti ərazilərindəki Harran xarabalıqlarında aparılan qazıntılarda Orta əsrə məxsus 9 əsrlik torpaqdan düzəldilmiş dərman şüşəsi tapıldı.

1145289
Orta əsrə aid dərman şüşəsi

Dünyanın ən qədim yaşayış məntəqələrindən olan Türkiyənin Şanlıurfa vilayəti ərazilərindəki Harran xarabalıqlarında aparılan qazıntılarda Orta əsrə məxsus 9 əsrlik torpaqdan düzəldilmiş dərman şüşəsi tapıldı.

UNESCO-nun Dünya Mədəniyyət İrsi Müvəqqəti Siyahısında olan Harran xarabalıqlarındakı qazıntılarda Orta əsrə məxsus, 9 əsrlik, torpaqdan düzəldilmiş və üzərində bu gün tibbin simvolu olan bir-birinə dolanmış iki ilanın olduğu dərman şüşəsi aşkarlandı.

Harran universitetində vəzifəli prof.dr. Mehmet Önal tarixi qalıqlara görə, Harranın tarix boyunca əhəmiyyətli bir tibbi mərkəzi olaraq qəbul edildiyinə diqqət çəkərək, keçən il min illik müşkçü dükanı aşkarlanan bölgədə bu il də tibb elmini maraqlandıran çox əhəmiyyətli tapıntıya təsadüf etdiklərini söylədi.  

Önal bildirdi ki, qazıntılarda Orta əsrə aid 9 əsrlik bir dərman şüşəsi tapıldı. Şüşənin tapıldığı təbəqə eradan əvvəl 12-ci əsrə məxsusdur. O da Zəngilər dövrünə təsadüf edir. Burada dərman istehsal edildiyi və bu şüşələrə doldurularaq oradan satıldığı nəticəsi əldə etdik.

9 əsrlik dərman şüşəsi Göbəklitəpədən çıxarılan əsərlərin də olduğu “Türkiyənin ən böyük muzeyi” ünvanına sahib Şanlıurfa Muzek Kompleksində nümayişə hazırlanır.



Әlaqәli Xәbәrlәr