Qazaxıstan müdafiǝ  sǝnayesi  mǝhsulları sərgisinǝ ev sahibliyi edir

“Təhlükəsizlik Sistemləri 2019” sərgisi Qazaxıstanın paytaxtı Nur Sultanda qapılarını ziyarətçilərə açdı.

1279474
Qazaxıstan müdafiǝ  sǝnayesi  mǝhsulları sərgisinǝ ev sahibliyi edir

İstiqlal Sarayında təşkil olunan yarmarkanın açılış mərasimində Qazaxıstan, Rusiya, Belarusiya, Almaniya, Fransa və digər ölkələrdən müdafiə sənayesi sahəsində mütəxəssislər iştirak edirlər.

80-dən çox şirkətin iştirak etdiyi sərgidə, müdafiə sənayesi və təhlükəsizlik sahələrində istifadə olunan texnikalar və avadanlıqlar nümayiş etdirilir. Tədbir çərçivəsində konfranslar təşkil edilir və seminarlar verilir.

Türkiyə ilə Qazaxıstanın birgə qurduqları "Qazaxıstan Aselsan Engineering (KAE)" şirkəti də professional xəbərləşmə cihazları, IP telefon, gecə-gündüz görüş dürbünler və müdafiə sənayesinə məxsus digər teçhizatlar nümayiş etdirir.

KAE-nin direktör müavini Abiyur Alşimbayev sərgidə iştirak məqsədlərinin yerli istehsala diqqətləri cəlb etmək olduğunu bildirib.

Alşimbayevin sözlərinə görə Qazaxıstanda müdafiə sənayesi inkişaf edib. O bildirib ki, arzu edilən bazara sahib deyilik. Hədəfimiz Rusiyaya və digər Orta Asiya ölkələrinə sənaye məhsullarını ixrac etməkdir.

Yarmarka cümə axşamı gününə qədər gəziləbiləcək.

 



Әlaqәli Xәbәrlәr