“Qutadqu-Bilik”in 950 yaşı Qırğızıstanda keçiriləcək

Qırğızıstan Türk-İslam tarixinin böyük şairi, alimi və filosofu Yusif Balasaqunlunun (Yusif Has Hacib) qələmə aldığı “Qutadqu-Bilik” siyasətnaməsinin 950 illiyi münasibətilə təşkil olunacaq beynəlxalq konfransa ev sahibliyi edəcək.

1284672

  Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nazir Azamat Camankulov və Beynəlxalq Türk Akademiyasının rəhbəri, professor Darhan Kıdırali görüşərək "Qutadqu-Bilik” siyasətnaməsinin yazılmasının 950 illiyilə əlaqədar bu il keçiriləcək beynəlxalq konfransla bağlı danışıblar.  

  Ölkə başçısı Sooronbay Ceenbekov tərəfindən də qəbul edilən D.Kıdırali “Qutadqu-Bilik”in 950 ili münasibətilə təşkil olunacaq tədbirlərin planı haqqında məlumat verib.

  S.Ceenbekov ümumtürk tarixi, mədəniyyəti və türk xalqlarının məşhur şəxsiyyətlərilə bağlı beynəlxalq konfrans, forum və seminarlar təşkil edən Beynəlxalq Türk Akademiyasının aktiv fəaliyyətinə diqqət çəkərək “Qutadqu-Bilik”in 950 yaşının da yüksək beynəlxalq konfrans səviyyəsində reallaşacağına ümid bəslədiyini ifadə edib.

  Xatırladaq ki, Qırğızıstan torpaqlarında min il əvvəl İslamı qəbul edərək uzun müddət hökm sürən ilk türk dövlətlərindən olan Qaraxanlılar dövründə dünyaya gələn və Kaşqarda vəfat edən Yusif Balasaqunlu “Qutadqu-Bilik” əsərində siyasətnamə və nəsihətnamə məzmunlu hekayələr qələmə alıb.

Әlaqәli Xәbәrlәr