Ərəb dünyasında Osmanlı tarixinə maraq artır

Türk seriyallarının Ərəb ölkələrində izlənməyi başlamasıyla bu ərazilərdə Osmanlı tarixinə maraq da artdı.

1144448
Ərəb dünyasında Osmanlı tarixinə maraq artır

Türkiyə Radio Televiziya şirkətinin (TRT) "Diriliş Ərtoğrul" seriyalının Ərəb ölkələrində izlənilmə rekordları qırmasıyla Ərəb dilinə tərcümə edilən Ərtoğrul Qazinin həyatına dair kitab İraqda təşkil edilən 46-cı Beynəlxalq Bağdad sərgisində satışa təqdim edildi.

"Qazi Əmir Ərtoğrul" adı ilə nəşr olunan kitab İraqın paytaxtı Bağdadda təşkil edilən beynəlxalq kitab sərgisini ziyarət edənlərin diqqətini cəlb edir.

Müəllifi Misirli yazıcı Mansur Abdulhəkim olan kitabda, Ərtoğrul Qazinin həyatına dair ətraflı məlumat təqdim edilir. Kitabır  ön qapında "Diriliş Ərtoğrul" seriyalının baş rol oyunçusu Əngin Altan Düzyatanın fotoşəkili əks  edib. Fotoşəklin   altında   isə Ərəb dilində "Ərtoğrul" və "Osmanlıların Atası" "Osmanlı Dövlətinin Yaranması və İnkişaf Hekayəsi" sözləri yazılıb. Bir hissəsində də Türk dilində əks edən "Ərtoğrul" yazısı diqqət çəkir.

Kitabda Ərtoğrul Qazinin mübarizə əzmi, cəsarəti və ailəsinə dair məlumatlar ilə yanaşı Osmanlı Dövlətinin yaranması və 600 illik tarixi şərh edilir.

"Ərtoğrul" sözünün mənası Ərəb oxucular üçün  "Ər: İgid və ya əsgər" olaraq şərh edilib.

Müəllif kitabında Oğuzların Kayı Boyuna mənsub olduğunu, ondan tarixi dərslər alınabiləcək zəngin bir xarakter  kimi   söz  aparıb.

"Qazi Əmir Ərtoğrul" adı ilə nəşr olunan kitabı sərgidən başqa Misir, İraq, Livan, Oman, Səudiyyə Ərəbistanı, Küveyt, Liviya, Əlcəzair, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Fələstin, Sudan və İordaniyadakı paylama mərkəzlərindən də əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr