Ərdoğan TRT və işçilərini təbrik etdi

1 may Türkiyə Radio Televiziya Qurumu – TRT-nin ildönümüdür

1409037
Ərdoğan TRT və işçilərini təbrik etdi

 

  1 may Türkiyə Radio Televiziya Qurumu – TRT-nin ildönümüdür.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin 56 yaşı münasibətilə qurumun baş direktoru İbrahim Erenə təbrik məktubu göndərib.

  Ərdoğan təbrik məktubunda deyib:

  "Etibarlı, doğru, tərəfsiz və xalqın ümidlərini qarşılayan, yaşı yarım əsri adlamış, həmişə vətəndaşlarının xidmətində olan Türkiyə Radio Televiziya Qurumunun 56-cı ildönümünü təbrik edirəm.

  TRT məsuliyyətli və prinsipial jurnalistikası ilə ictimai yayım sahəsində bir məktəbdir. Siyasi-ictimai proqramlarından başqa təhsil, mədəniyyət, incəsənət və idman sahəsindəki yayımları ilə də cəmiyyətin inkişafına böyük və özünəməxsus töhfə verir.

  Türkiyə Radio Televiziya Qurumunun yeni kanalları və çoxdilli yayımları qururlandırıcı saysız işlərə imza atıb.

  TRT Türkiyənin səsini bütün dünyaya çatdırmağa davam edir.

  Bu qabaqcıl radio və televiziya qurumunun inkişafında rolu olan bütün TRT işçilərini təbrik edir və uğurlar arzulayıram”.



Әlaqәli Xәbәrlәr